Advert
Advert

"Zirə" Azərbaycan Kubokunda qələbə qazanıb

Tarix:
Reklam

"Zirə" komandası Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyununda qələbə qazanıb.

Reyting.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasından bildiriblər.

Məlumata görə, "Zirə" səfərdə "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gələrək turnirdə 25-ci qələbəsinə imza atıb.

Paytaxt təmsilçisi kubokdakı 43-cü qarşılaşmada "25"ə çatıb. "Zirə" keçirdiyi matçların 58,14 faizində qalib gəlib. Evdə 13 dəfə qələbə qazanan komanda səfərdə 12-ci dəfə sevinib. Bununla da "Zirə" Azərbaycan kubokunun tarixində 25 və daha çox görüşdə qalib gələn 9-cu komanda olub.

Qeyd edək ki, "qartallar" kubokda ilk qələbəsini 2015/2016 mövsümünün 1/8 finalında - 2015-ci il dekabrın 2-də AZAL-a qarşı səfər görüşündə əldə edib – 2:1.
 

Reklam