“Ukrayna liderinin Belarus tərəfindən hazırlandığı iddia edilən hücumla bağlı iddiaları əsassızdır”.
Reyting.az xəbər verir ki, bu, Almaniyanın “Junge Welt” jurnalının gəldiyi qənaətdir.
Məqalədə qeyd olunur ki, Ukrayna Prezidenti Zelenski Rusiyanın Kiyevə yeni hücumu barədə xəbərdarlıq etməklə gərginliyi artırır: “Onun sözlərinə görə, bu hücum Belarusdan başlaya bilər. Zelenski öz iddialarına heç bir sübut təqdim etməyib”.
Bu arada Ukrayna sərhədçiləri bəyan ediblər ki, hazırda sərhəd bölgəsində qoşunların hərəkəti və ya hücum üçün başqa hazırlıqlar yoxdur.
E. Kamal