Advert
Advert

Zelenski və Tramp Putini ABŞ-da görüşə çağırırlar

Tarix:
Zelenski və Tramp Putini ABŞ-da görüşə çağırırlar
Reklam

Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə ABŞ-da görüş keçirməyi təklif edirlər.

Reyting.az-ın xəbərinə görə, bunu Ukrayna dövlət başçısı G7 sammitinə yola düşməzdən əvvəl Avropa Birliyinin Hökumətlərarası Konfransında çıxışı zamanı bildirib.

“Biz Putinə müharibəyə son qoyulması ilə bağlı real qərarların qəbul edilə biləcəyi istənilən məkanda görüşməyi təklif etmişik”, - deyə Zelenski bildirib.

Lakin Ukrayna Prezidenti əlavə edib ki, Putin belə bir görüşdə maraqlı deyil.

Onun sözlərinə görə, ABŞ və Fransa da daxil olmaqla, G7-yə üzv olan demokratik dövlətlərin iştirakı ilə Rusiya ilə görüşün keçirilməsi imkanları müzakirə edilsə də, Putin bu təşəbbüsü dəstəkləmir.

Eyni zamanda, Ukrayna lideri bildirib ki, o, dünən ABŞ Prezidenti Donald Trampla belə bir görüşün ABŞ-da müvafiq formatda təşkil olunması imkanlarını müzakirə edib.

“Görək ki, bundan nə nəticə çıxacaq. Əgər Rusiya bu fürsəti rədd etsə, əlavə təzyiq tədbirlərinə ehtiyac yaranacaq”, - deyə Zelenski vurğulayıb.

Y. Qacar


 

Reklam