Ukrayna Prezidenti V. Zelenski Rusiya ilə Ukrayna arasındakı danışıqların Azərbaycanda keçirilməsini təklif edib.
Reyting.az xəbər verir ki, Ukrayna lideri bunu bu gün Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.
"Əgər Rusiya tərəfi də bu diplomatiyanı seçərsə, danışıqlarımızı, həmçinin istərdik ki, Azərbaycanda aparaq", - Zelenski qeyd edib.