Advert
Advert

Zelenski: Ermənistan və Azərbaycana sülh arzulayırıq

Tarix:
Zelenski: Ermənistan və Azərbaycana sülh arzulayırıq
Reklam

“Biz Ermənistan və Azərbaycana yalnız davamlı, hərtərəfli və uzunmüddətli sülh arzulayırıq”.

Reyting.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski mayın 4-də Avropa Siyasi Birliyinin 8-ci sammitinin plenar iclasında bildirib.

"Cənab Baş nazir və Prezident İlham Əliyev, sizə, hər iki ölkəyə arzulayırıq", - deyə Zelenski əlavə edib.

Zelenski bu gün Ermənistanın Avropa ölkələri ilə yanaşı durmasının vacibliyini vurğulayaraq qeyd edib ki, onun Ermənistana səfəri 24 ildə Ukrayna Prezidentinin ilk səfəridir və bu, həqiqətən də əhəmiyyətlidir: “Bu, həyata dəyər verənlər arasında birliyin miqyasını nümayiş etdirir”.

E. Kamal

Reklam