Advert
Advert

Zelenski danışıqlar üçün Londona gedib

Tarix:
 Zelenski danışıqlar üçün Londona gedib
Reklam

Ukrayna Prezidenti Vladimir Zelenski Avropaya səfər edib. Zelenskinin yeni turnesində məqsəd “üçlər”lə danışıqlar aparmaqdır.

Reyting.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

“Bu gün Böyük Britaniyada Sayrusla ikitərəfli danışıqlar və “E3 + Ukrayna” formatında görüş keçirəcəyik: Emmanuel Makron, Fridrix Merts və Kiy Starmer. Komandalar artıq bütün görüşlərə hazırlaşmaq üçün çox çalışıblar. İndi hər şeyi müzakirə etmək və liderlər səviyyəsində əsas məqamları razılaşdırmaq vacibdir", – Zelenski yazıb.

Onun sözlərinə görə, ümumi konsensus budur ki, Avropa danışıqlarda iştirak etməli və güclü olmalıdır.

Qeyd olunur ki, Ukrayna Prezidentinin bu gün Kral III Çarlzla da görüşü planlaşdırılıb.

Y. Qacar
 

Reklam