“Vladimir Zelenski sülh təşəbbüslərini sabotaj edir və hazırda potensial nüvə münaqişəsinə şərait yaradır”.
Reyting.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Prezidenti haqqında səsləndirib.
O, Zelenskinin Ukraynaya təhlükəsizlik zəmanəti olaraq həm NATO üzvlüyü, həm də nüvə silahı verilməli olduğu barədə əvvəlki sözlərinə diqqət çəkib:
"Əslində, o, bu cür açıqlamalarla nüvə münaqişəsini qızışdırmağa davam edir. Üstəlik, Qərbi Avropa məhz bu nüvə şantajının ilk qurbanı olmaq riski ilə üzləşir".
Zaxarovanın fikrincə, Zelenski sülh istəmir: “O, döyüşləri qeyri-müəyyən müddətə uzatmağa çalışır və münaqişənin təhlükəli şəkildə eskalasiyası riskini artırır”.
Rusiya XİN-nin sözçüsü əlavə edib ki, avropalılar hər gün milyonlarla avro ayırdıqları Ukraynanı və onların tərəfdarlarını dayandırmasalar, çox güman ki, bu qəzəbin nəticələrindən qaça bilməyəcəklər.
V. Quliyev