Advert
Advert

Zaxarova: Moskva Kiyevlə danışıqlara hazırdır

Tarix:
Zaxarova: Moskva Kiyevlə danışıqlara hazırdır
Reklam

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova yerli telekanala müsahibəsində Moskvanın Kiyevlə sülh danışıqlarına hazır olduğunu və onun bu danışıqlardan əl çəkmədiyini deyib.

Reyting.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. 

XİN sözçüsü qeyd edib: “Biz, şübhəsiz ki, Rusiya rəhbərliyinin həmişə vurğuladığı kimi, danışıqlar prosesinə – real təsir, real nəticə verəcək təmaslara açığıq”.

M. Zaxarova əlavə edib ki, ABŞ tərəfində Ukrayna danışıqlarına cavabdeh olan şəxslər hazırda Yaxın Şərqdəki vəziyyətlə tam məşğuldur.

Y. Qacar
 

Reklam