“Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Rusiya ilə Avropa İttifaqı arasında mümkün gələcək danışıqlarda vasitəçi roluna əbəs yerə ümid edir”.
Reyting.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a bildirib.
M. Zaxarova K. Kallasın Rusiya ilə Avropa ölkələri arasında danışıqlarda vasitəçi olmaq barədə sözlərinə münasibət bildirərkən "Bu, boş yerədir",- deyib.
Mayın 9-da Rusiya Prezidenti Vladimir Putin Almaniyanın keçmiş kansleri Gerhard Şröderin Avropa Birliyi ilə mümkün danışıqlarda Rusiyanın üstünlük verdiyi namizəd olduğunu açıqlamışdı.
E. Kamal