Balkan ölkəsinin sakini Rusiyanın əmri ilə Ukrayna Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli zabitini öldürməyə cəhd etdikdən sonra Odessada saxlanılıb.
Reyting.az xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti yüksək rütbəli zabiti öldürmək cəhdinin qarşısını aldığını bildirib.
“Odessada keçirilən xüsusi əməliyyat nəticəsində Ukrayna Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli zabitini öldürməyə cəhd edən Rusiya agenti cinayət başında saxlanılıb”, - deyə açıqlamada qeyd olunur.
Müstəntiqlərin sözlərinə görə, sui-qəsd cəhd zamanı tapança ilə slahlanmış şəxs ukraynalı zabitin yaşadığı yaşayış kompleksinin çıxışında mövqe tutub. Velosiped təmir etmək kimi davranan hücumçu balaklava taxaraq hərbçinin avtomobilinin görünməsini gözləyib. Nəqliyyat vasitəsi çıxışa yaxınlaşarkən agent velosipedi təkərlərin altına atıb və sürücüyə atəş açmağa çalışıb. Məhz bu məqamda qatil Ukrayna Təhlükəsizlik Xidmətinin Xüsusi Əməliyyatlar Mərkəzinin “A” əks-kəşfiyyat və xüsusi təyinatlılar qrupu tərəfindən saxlanılıb.
Məlumata görə, qrup şübhəlini uzun müddət izləyib və onun hər hərəkətini sənədləşdirib.
Qeyd olunur ki, agent məxfiliyi qorumaq üçün Odessada kirayə mənzillərinin və otel otaqlarının ünvanlarını dəyişmiş.
Əcnəbi Ukrayna Cinayət Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsi və 258-ci maddəsinin 2-ci hissəsi (terror aktı törətməyə cəhd) ilə ittiham olunur. Onu 12 ilə qədər həbs cəzası gözləyir.
V. Quliyev