ABŞ-ın Hörmüz boğazında iki yük gəmisinə hücumu nəticəsində ən azı beş nəfər həlak olub.
Reyting.az xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyi hərbi dairələrdəki mənbəyə istinadla məlumat yayıb.
Bildirilir ki, mülki yük daşıyan gəmilər Omanın Xasab limanından İran sahillərinə gedirmiş.
Məlumata görə, hadisə ABŞ-ın bir neçə İran qayığını batırdığı barədə məlumatlar təsdiqləndikdən sonra baş verib.
Xatırladaq ki, daha əvvəl “Associated Press” agentliyi ABŞ Mərkəzi Komandanlığına istinadla bildirmişdi ki, ABŞ hərbi helikopterləri Hörmüz boğazında İranın altı kiçik gəmisini batırıb.
V. Quliyev