Advert
Advert

Yeni serial debütü ilə rekord qırıb

Tarix:
Yeni serial debütü ilə rekord qırıb
Reklam

Keyn Parsonsun rejissorluğu ilə çəkilmiş psixoloji-fantastik janrlı "Reallığın pərdəarxası" serialı Şimali Amerikada rekord göstərici ilə debüt edib.

Reyting.az xəbər verir ki, Amerika mediasında yayılan məlumatlara görə, "Viral YouTube" layihəsinin ekranlaşdırılması olan ekran əsəri gözlənilmədən ilk həftəsonunda 85-90 milyon dollar gəlir əldə edərək, A24 studiyasının tarixində ən uğurlu debütlərdən birinə imza atıb.

Serialın süjeti kiçik bir şəhərdə mebel mağazası sahibi olan şəxsin sərgi salonunda başqa bir ölçüyə, naməlum aləmə açılan sirli portal tapması ətrafında cərəyan edir.

Ekran əsərində Çivetel Eciofor, Mark Duplass və Renate Reynsve rol alıblar. Layihənin prodüserləri sırasında Ceyms Van, Şon Levi və Ozqurd Perkins də yer alır.

Rekord məbləğdə gəlir əldə edən "Reallığın pərdəarxası" serialının istehsalında iştirak edən əsas tərəfdaşlardan biri və maliyyə dəstəkçisi isə "Chernin Entertainment" kino şirkəti olub.

Oqtay Qorçu
 

Reklam