“Virgin Galactic” şirkəti yeni nəsil turist kosmik təyyarəsinin fotosunu paylaşıb.
Reyting.az-ın məlumatına görə, təyyarə ABŞ-ın Arizona ştatının Mesa şəhərindəki yığma zavodundan çıxarılıb.
“Virgin Galactic”-in yeni kosmik təyyarənin son inteqrasiyasına və yerüstü sınaqlarına başladığı bildirir. Bu nəqliyyat vasitəsini inqilabi hesab etmək olar, çünki o, daha ucuz və daha tez-tez uçmalı, həmçinin missiyalar arasında daha sürətli texniki xidmətdən keçməlidir.
Şirkətin digər kosmik təyyarəsi olan “VSS Unity”nin təcrübəsinə əsasən, onun ilk uçuşuna gedən yol illər çəkə bilər. Mütəxəssislər hesab edirlər ki, sürətləndirilmiş ssenaridə belə, buraxılış 2027-ci ilin sonu və ya 2028-ci ilin əvvəlinə qədər gözlənilmir.
Mütəxəssislərin fikrincə, suborbital buraxılış bazarında həqiqətən inqilab etmək üçün “Virgin Galactic” tək bir kosmik təyyarə buraxmaqla kifayətlənməməli, həm də bu kosmik təyyarələrdən ibarət donanma yaratmalı və ildə yüzlərlə uçuşa qədər genişləndirməlidir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, yeni gəmi tez bir zamanda istifadəyə verilməsə, son zamanlar perspektivli bazar hesab edilən suborbital kosmik turizm illərlə yox ola bilər.
V. Quliyev