Advert
Advert

"Yeni Klinika"nın direktoru: "İşdən çıxarılmağımla bağlı məlumatı sosial mediadan eşitdim, amma..."

Tarix:
Reklam

"İşdən çıxarılmağımla bağlı məlumatı sosial mediadan eşitdim, amma buna dair rəsmi bir bildiriş olmayıb".

Reyting.az xəbər verir ki, bu barədə bakıvaxtı.az-a  "Yeni Klinika"nın direktoru Barat Yusubov işdən çıxarılmağına dair iddialara münasibət bildirərkən söyləyib.

O qeyd edib ki, məsələ ilə bağlı TƏBİB-dən hər hansı bir bildiriş, göstəriş gəlməyib: "Sosial mediada yayılan məlumata görə, TƏBİB-ə müraciət edəsi deyiləm. Hər halda belə məsələ olsa idi, mənə də bildirilərdi. Bu gün saat 6-ya qədər işdə olmuşam, sabah da saat 9:00-da işdə olacağam".

Qeyd edək ki, "Yeni Klinika"nın direktoru Barat Yusubov vəzifəsindən azad edildiyi bildirilir.

Məlumata əsasən, Barat Yusubovun ərizəsi bir müddət əvvəl alınıb və bu gün rəsmiləşdirilib.

MİA.AZ

Reklam