Advert
Advert

Yaxın Şərq böhranı: nağd pul köçürmələri dayandırılıb

Tarix:
Yaxın Şərq böhranı: nağd pul köçürmələri dayandırılıb
Reklam

ABŞ Maliyyə Nazirliyi İraqın neft satışından təxminən 500 milyon dollarlıq nağd pul göndərişini bloklayıb. Qərarın İranla əlaqəli qruplara təzyiq göstərmək üçün verildiyi bildirilir.

Reyting.az xəbər verir ki, məlumatı “Wall Street Journal” (WSJ) qəzeti ABŞ və İraq rəsmilərinə istinadla yayıb.

ABŞ və İraq rəsmilərinin sözlərinə görə, bu, fevral ayının sonundan bəri İraq Mərkəzi Bankına planlaşdırılan dollar köçürmələrində ikinci gecikmədir.

Həmçinin, bəzi terrorizmə qarşı mübarizə və hərbi təlim proqramlarının maliyyələşdirilməsi də müvəqqəti olaraq dayandırılıb.
 
ABŞ rəsmiləri İraqa dollar göndərişlərinə qoyulan məhdudiyyətlərin daimi olmadığını vurğulayıblar.

Bu arada, BƏƏ rəsmilərinin likvidlik böhranı halında ölkənin valyuta ehtiyatlarını gücləndirmək üçün dollara ucuz çıxışı məqsədilə ABŞ ilə “valyuta mübadilə xətti” yaratmaq ideyasını irəli sürdükləri, hələlik rəsmi sorğu göndərilmədiyi iddia edilib.

V. Quliyev
 

Reklam