Tayland hakimiyyəti yarasalarda yeni növ koronavirus ştammının aşkarlandığını təsdiqləyib.
Reyting.az xəbər verir ki, bu barədə ölkənin Rəqəmsal İqtisadiyyat və Cəmiyyət Nazirliyi məlumat yayıb.
Bildirilir ki, virus vəhşi heyvanlar arasında “One Health” xəstəliklərinin monitorinq sistemi çərçivəsində aşkar edilib. Bu sistem insanlar, heyvanlar və ətraf mühit üçün təhlükələrin birgə monitorinqini nəzərdə tutur.
Səlahiyyətli şəxslər deyiblər ki, hazırda insanlar arasında yoluxma halları qeydə alınmayıb.
İlkin tədqiqatlar göstərir ki, yeni virusun yayılma potensialı daha aşağıdır və COVID-19 ilə müqayisədə daha yüngül xəstəlik törədir. Bundan əlavə, mövcud COVID-19 peyvəndləri yeni ştammdan qorunmağa kömək edə bilər. Yayılma riski isə aşağı qiymətləndirilir.
V. Quliyev