Advert
Advert

YAP rayon təşkilatının keçmiş sədrinin həbsi tələb olunub

Tarix:
YAP rayon təşkilatının keçmiş sədrinin həbsi tələb olunub
Reklam

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə prokuror ittiham olunan mərkəzin sabiq direktoru, YAP Sabunçu rayon təşkilatının keçmiş sədri Mehriban Abasquliyeva Mehriban Abasquliyevanın 8, Elnur Əhmədli və Hamlet Mustafayevin isə 7 il müddətinə azadlıqdan məhrum edilməsini və onların zalda həbs edilmələrini tələb edib. 

Reyting.az Report-a istinadla xəbər verir ki,  bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək hər üç təqsirləndirilənin 3 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməsini deyib.

Eyni zamanda o, təqsirləndirilən şəxslərin mülklərinin satılıb dəymiş ziyanın ödənilməsini də məhkəmədən xahiş edib.

Vəkillər müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi mayın 6-da davam edəcək.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Reklam