Advert
Advert

Xüsusi təyinatlı Maduroya görə 400 min dollarlıq mərci udub

Tarix:
Xüsusi təyinatlı Maduroya görə 400 min dollarlıq mərci udub
Reklam

Amerika Birləşmiş Ştatlarında bu ölkənin vətəndaşı olan və Venesuela Prezidentinin ələ keçirilməsi əməliyyatında iştirak edən hərbçi saxlanılıb. ABŞ Ədliyyə Nazirliyi bildirir ki, xüsusi təyinatlı qüvvələrin üzvü kimi orduda xidmət edən Qennon Ken Van Dayk Nikolas Maduronun ələ keçirilməsi məqsədilə hazırlanmış əməliyyat nəticəsinə əsasən məxfi məlumatdan şəxsi qazanc əldə edib və bu mərci udduğu üçün 400 min dollardan çox pul qazanıb. 

Reyting.az məlumatına görə, amerikalı hərbçi 2025-ci ilin dekabr ayında "Polymarket" platformasında ABŞ-ın xüsusi qüvvələrinin Venesuela ərazisinə müdaxilə edəcəyi, daha sonra Prezident Maduronun hakimiyyətdən uzaqlaşdırılacağı ilə bağlı böyük məbləğdə mərc edib.

İstintaqa əsasən, Van Dayk ümumilikdə 13 adamla mərcə girib ki, məhz elə bunun da nəticəsində böyük məbləğdə qazanc əldə edə bilib. Xüsusi təyinatlı amerikalı hərbçi daha sonra vəsaitin  böyük hissəsini kriptovalyutaya çevirməklə, şəxsi hesabının silinməsini istəyib. Lakin onun tələbləri şübhə yaratdığından rədd edilib. 

Ədliyyə Nazirliyinin açıqlamasına qeyd olunur ki, artıq Van Dayk həbsdə saxlanılır və Maduro əməliyyatı hesabına varlanmaq istəyən bu şəxsə qarşı, məxfi məlumatdan qanunsuz istifadə, dələduzluq, həmçinin maliyyə cinayətləri ilə bağlı ittihamlar irəli sürülüb.

Xatırladaq ki, Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Cilia Flores 2026-cı ildə, yanvar ayının 3-də, gecəyarısı ABŞ xüsusi təyinatlıları tərəfindən keçirilən hərbi əməliyyat nəticəsində Venesueladan çıxarılıb Nyu-Yorka aparılıblar. Hazırda hər iki şəxs bu şəhərdə həbsdədirlər.

Oqtay Qorçu

Reklam