“Xaos Tanrısı” adlandırılan asteroidin üç ildən sonra Yerə yaxınlaşacağı gözlənilir. Kosmik obyekt ölçüsünə görə təxminən üç futbol meydançası böyüklüyündədir.
Reyting.az xəbər verir ki, tədqiqatçıların ehtimalına görə, asteroid bir çox süni peyklərdən daha yaxın məsafədən keçə bilər və hətta adi gözlə müşahidə olunması mümkündür.
NASA mütəxəssisləri bu obyekti potensial təhlükəli asteroidlər siyahısına daxil ediblər və onun trayektoriyasını izləməyə davam edirlər.
Oqtay Qorçu