Advert
Advert

Xamnəinin ağır yaralanmış müşaviri həyatını itirib

Tarix:
Xamnəinin ağır yaralanmış müşaviri həyatını itirib
Reklam

İranın ali dini lideri Müctəba Xamnəinin müşaviri və İslam Respublikasının Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi Tehranın son bombardmanlarından birində aldığı yaralardan dünyasını dəyişib.

Reyting.az xəbər verir ki, bu barədə məlumatı İranın dövlət televiziyası yayıb.

Məlumata görə, Amerika və İsrail əvvəlki hücumunda yaralanan Xərrazi bir neçə saat əvvəl həyatını itirib.

1 apreldə "Əl-Hədəs" televiziyası Xərrazinin Tehranın bombardmanında "yaralandığını və ağır vəziyyətdə olduğunu" bildirib. İran hakimiyyəti o vaxt bu məlumatla bağlı şərh verməyib.

V. Quliyev
 

Reklam