Advert
Advert

"Xəzinələr adası" romanı beynəlxalq kino layihəsinə çevrilir

Tarix:
Reklam

"Xəzinələr adası" əsəri əsasında indiyədək ən irimiqyaslı ekranlaşdırma layihəsinin hazırlığına başlanılıb. Layihə çərçivəsində tammetrajlı film və televiziya serialı çəkiləcək, həmçinin videooyun hazırlanacaq. Filmin bütün hissələri vahid süjet xətti və ortaq personajlar vasitəsilə bir-biri ilə əlaqələndiriləcək.

Reyting.az xəbər verir ki, layihənin istehsalçılarından ikisi Rusiyada və dünya kino sənayesində kifayət qədər tanınan "AP Digital" şirkəti və "PROFİT" studiyasıdır.

"Xəzinələr adası" ekran əsərinin beynəlxalq tərəfdaşları sırasında Taylandın iri media şirkəti olan "Major Cineplex Group" və "M Pictures" studiyası da yer alır.

Qeyd edək ki, son vaxtlar Hollivudda, eləcə də digər ölkələrin bir çox kino şirkətlərində Stivensonun dünyaca məşhur bu romanına maraq yenidən artıb. Yaradıcı heyət "Xəzinələr adası" əsərinin klassik süjetini müasir macəra blokbasteri formatında yenidən ekrana gətirməyi və süjet xəttində ciddi dəyişikliklər etməməyi planlaşdırır.

Məlumata görə, "Xəzinələr adası" filminin çəkilişləri əsasən Rusiya, Tayland və Özbəkistanda aparılacaq. Bu isə yeni kinolayihənin faktiki olaraq üç ölkənin birgə kino istehsalı kimi təqdim olunacağı anlamına gəlir.

Oqtay Qorçu
 

Reklam