Yerli vaxtla saat 05:55-də Xəzər dənizində 4,3 maqnitudalı zəlzələ baş verib.
Reyting.az-ın məlumatına görə, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildiriblər.
Zəlzələ ocağı 77 kilometr dərinlikdə yerləşib.
Xatırladaq ki, aprelin 4-də də Xəzərdə 3,1 maqnitudalı zəlzələ qeydə alınmışdı.