Advert
Advert

Xəbərdarlıq: yağış və qar yağacaq, çaylar daşacaq

Tarix:
Xəbərdarlıq: yağış və qar yağacaq, çaylar daşacaq
Reklam

Bu gündən başlayaraq Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək.

Reyting.az-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətindən bildiriblər ki, mayın 21-i səhər Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 25-i axşamadək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. 

Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, 21-22-də yağıntıların qısa müddətə güclənəcəyi ehtimalı var. 

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Reklam