Advert
Advert

WUF13: daha bir sessiya keçirilib

Tarix:
WUF13: daha bir sessiya keçirilib
Reklam

Mayın 21-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Urban Expo”dakı Azərbaycan pavilyonunda “Mənzil və təhsil: memarlıq kurikulumlarında yaşayış mühitinin rolu” adlı sessiya keçirilib.

Reyting.az xəbər verir ki, sual-cavab formatında keçirilən sessiyada ADA Universitetinin Dizayn və Memarlıq Məktəbinin dekan müavini, Milan Politexnik Universitetinin (Politecnico di Milano) dABC kafedrasının dosenti Nora Lombardini, ADA Universitetinin Dizayn və Memarlıq Məktəbinin Memarlıq Dizaynı üzrə assistent professoru Leyla Həsənova, ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin İctimai işlər üzrə dosenti Anar Vəliyev və ADA Universitetinin Dizayn və Memarlıq Məktəbinin dekan müavini, Milan Politexnik Universitetinin (Politecnico di Milano) DASTU kafedrasının dosenti Marco Bovati çıxış ediblər.

Marco Bovati diqqətə çatdırıb ki, yaşayış məkanlarının layihələndirilməsinin tədrisi zamanı müxtəlif çağırışlar var. İnnovasiya və tədqiqatlar isə bu sahədə fundamental biliklərin formalaşdırılması baxımından mühüm rol oynayır. 

N. Lombardini bərpa və yenidənqurma prosesindən də danışaraq, bu məsələdə dövlətin rolunun və dəstəyinin əhəmiyyətini xüsusi vurğulayıb.


 

 

Reklam