Advert
Advert

WUF13 çərçivəsində daşımalara 180 avtobus cəlb olunub

Tarix:
 WUF13 çərçivəsində daşımalara 180 avtobus cəlb olunub
Reklam

Azərbaycanın ev sahibliyi etdiyi 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qonaqların və tədbir iştirakçılarının “Neoplan” markalı və elektrikli avtobuslarla rahat, fasiləsiz və təhlükəsiz daşınması təmin edilir.

Reyting.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildiriblər.

Forumda iştirak üçün Azərbaycana gələn qonaqların daşınması Heydər Əliyev Beynəlxalq Aeroportundan həyata keçirilir.

WUF13 çərçivəsində ümumilikdə 9 HUB, 2 son məntəqə və 67-dən çox aralıq dayanacaq fəaliyyət göstərir.

Forumun keçirildiyi 3 gün ərzində (17-19 may tarixinlərində) HUB-lar və tədbir məkanı arasında avtobuslarla 3 260 səfər yerinə yetirilib və 56 858 sərnişin daşınıb.

Ümumilikdə isə tədbirlə bağlı daşımalar başlayandan (12-19 may tarixlərində) hava limanı, HUB-lar və tədbir məkanı arasında avtobuslarla 5 555 səfər yerinə yetirilib və 68 263 sərnişin daşınıb. Daşımalara ümumilikdə 180 avtobus cəlb olunub.

Qeyd edək ki, sözügedən marşrutların idarə olunması və nəqliyyat əməliyyatlarının icrası AYNA-nın Monitorinq Mərkəzi tərəfindən 24/7 rejimində izlənilir. Nəqliyyat əməliyyatlarının həyata keçirilməsi üçün sürücü və idarə heyəti də daxil olmaqla 1500-ə yaxın əməkdaş prosesə cəlb olunub.

Reklam