Advert
Advert

Vitse-prezident: Atəşkəs Livana hücumları əhatə etmir

Tarix:
 Vitse-prezident: Atəşkəs Livana hücumları əhatə etmir
Reklam

ABŞ və İran arasında razılaşdırılmış iki həftəlik atəşkəs İsrailin Livana hücumlarına son qoymağı əhatə etmir. 

Reyting.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Vens deyib.

O, “anlaşılmazlıq” baş verdiyinə inanır.

“Düşünürəm ki, iranlılar atəşkəsin Livanı da əhatə edəcəyini düşünürdülər. Amma biz heç vaxt bu vədi verməmişik. Biz atəşkəsin İrana, eləcə də Amerikanın müttəfiqlərinə - həm İsrailə, həm də Körfəz dövlətlərinə yönələcəyini bildirdik”, - deyə Vens əlavə edib.

Onun sözlərinə görə, İsrail “Livanda özünü bir az saxlamağa” çalışır.

“Başa düşdüyüm qədər, israillilər, açıq desək, Livanda özlərini bir az saxlamağı təklif edirlər, çünki danışıqlarımızın uğurlu olmasını təmin etmək istəyirlər”, - deyə vitse-prezident əlavə edib.

V. Quliyev
 

Reklam