Advert
Advert

Vens: İran ABŞ-dan pul almayacaq

Tarix:
Vens: İran ABŞ-dan pul almayacaq
Reklam

İran-ABŞ razılaşması Vaşinqtondan hər hansı vəsait transferini nəzərdə tutmur, lakin digər ölkələrin İslam Respublikası iqtisadiyyatına sərmayə qoyması mümkündür. 

Reyting.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens deyib.

"Müqavilədə deyilir ki, onlar Amerika pulundan bir qəpik də almayacaqlar. 

Müqavilədə həmçinin qeyd olunur ki, əgər sanksiyalar yumşaldılırsa, iranlılar qlobal iqtisadiyyata inteqrasiya etsələr, biz ABŞ-ı deyil, digər ölkələri öz ölkələrinə sərmayə qoymağa dəvət edəcəyik. Amma bu, yalnız razılaşmaya əməl olunarsa, mümkündür", - deyə Vens “Fox News”-a müsahibəsində deyib.

E. Kamal
 

Reklam