“Donald Tramp İran xalqının rifahını yaxşılaşdıracaq böyük bir razılaşma əldə etmək istəyir. O, İranı iqtisadi cəhətdən firavan etməyə çalışır”.
Reyting.az xəbər verir ki, bu sözləri ABŞ-ın Vitse-prezidenti Vens Corciya Universitetində mühafizəkar “Turning Point USA” təşkilatının ev sahibliyi etdiyi tədbirdə deyib.
“Tramp İranla kiçik bir sövdələşməyə imza atmaq istəmir. O, böyük bir şey etmək istəyir”, - deyən Vensə görə, Trampın təklifi “çox sadədir” və heç bir başqa prezident İrana belə bir şey təklif edə bilməz: “Biz onu (İranı) iqtisadi cəhətdən çiçəkləndirəcəyik və İran xalqını bütün həyatı boyu məşğul olmadıqları şəkildə qlobal iqtisadiyyata cəlb edəcəyik”.
E. Kamal