Venesuelada 6,76 milyona qədər insan son zəlzələdən təsirlənə bilər.
Reyting.az xəbər verir ki, bu, BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının açıqlamasında bildirilib.
Bu rəqəmlər əhali məlumatlarının təhlili və dağıntıların miqyasına əsaslanan ilkin rəqəmlərdir. Təkcə paytaxt Karakasda təxminən 2 milyon sakinin təsirlənə biləcəyi təxmin edilir.
Qeyd edək ki, iyunun 24-də axşam saatlarında Venesuelada zəlzələ baş verib. Təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki yeraltı təkan qeydə alınıb. Episentrlər Yaracuy ştatında bir-birindən cəmi 10 kilometr aralıda yerləşib. Seysmik hadisədən sonra 214 afterşok qeydə alınıb. Son məlumatlara görə, zəlzələ nəticəsində 1400-dən çox insan həyatını itirib, 3200-dən çox insan isə xəsarət alıb.
V. Quliyev