Advert
Advert

Vaşinqtondakı atışma III Çarlzın səfər planlarını dəyişməyib

Tarix:
Vaşinqtondakı atışma III Çarlzın səfər planlarını dəyişməyib
Reklam

Böyük Britaniya Kralı III Çarlzın ABŞ-a dövlət səfəri, Vaşinqtonda jurnalistlər üçün keçirilən qəbulda baş verən atışma hadisəsinə baxmayaraq, planlaşdırıldığı kimi davam edəcək.

Reyting.az xəbər verir ki, bu barədə Bukinqem Sarayının nümayəndəsi bildirib.

Qeyd edilib ki, monarx və onun həyat yoldaşı Kraliça Kamilla "səfərin təşkili üçün belə sürətli tempdə çalışan hər kəsə son dərəcə minnətdardırlar".

III Çarlz aprelin 27-dən 30-dək ABŞ-da dövlət səfərində olacaq. Onun Konqresdə çıxış etməsi və Ağ Evdə ABŞ Prezidenti Donald Tramp tərəfindən qəbul ediləcəyi gözlənilir.

V. Quliyev
 

Reklam