Advert
Advert

Valeriy Meladze Rusiyaya qayıtmaq istəyir

Tarix:
 Valeriy Meladze Rusiyaya qayıtmaq istəyir
Reklam

Xarici agent kimi tanınan Xalq artisti Valeriy Meladze Rusiyaya qayıtmaq istəyir.

Reyting.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, ifaçının komandası bununla bağlı danışıqlar aparır.

Şoumenin Rusiyada qeydiyyatdan keçmiş "Meladze Music" leybli 2025-ci ilin yekunlarına əsasən 100 milyon rubldan çox xalis mənfəət əldə edib. İddia olunur ki, Meladze Rusiyaya qayıdışını ictimai diqqət çəkmədən, səssiz şəkildə həyata keçirməyi planlaşdırır.

Nəşr vurğulayır ki, Meladze gizli şəkildə Gürcüstan vətəndaşlığı da alıb. Ehtimal olunur ki, bəstəkar bunun üçün Ukrayna vətəndaşlığından imtina etmiş ola bilər.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsində xüsusi əməliyyatın keçirilməsinə dəstək verməyən Meladzenin konsertləri ölkədə ləğv edilib. Bundan sonra o, öz cədvəlində vaxt olmadığını deyərək Rusiyada çıxış etməkdən imtina edib. 

Hazırda Meladze İspaniyada yaşayır.(Axşam.az)
 

Reklam