Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqoda eksperimental Ebola peyvəndlərinin istifadəsini nəzərdən keçirir.
Reyting.az xəbər verir ki, bu barədə Britaniya qəzeti “The Guardian” yazıb.
ÜST-ün Konqodakı nümayəndəsi Anne Ansia bildirib ki, beynəlxalq səviyyədə hansı peyvəndlərin və ya müalicələrin perspektivli olduğunu və onlardan hər hansı birinin bu epidemiyanın qarşısını almaqda faydalı olub-olmadığını araşdırırlar.
O, həmçinin epidemiyanın iki ay ərzində qarşısının alınacağına şübhə ilə yanaşdığını bildirib.
ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus daha əvvəl Ebolanın yayılma sürəti və miqyası ilə bağlı narahatlıq ifadə etmişdi. O, xəstəliyin Konqo Demokratik Respublikası və Uqandaya yayılması səbəbindən ilk dəfə qlobal fövqəladə vəziyyət elan etdiyini açıqlamışdı.
Qebreyesus əlavə edib ki, bu günə qədər 500-dən çox şübhəli Ebola hadisəsi və 130-dan çox ölüm qeydə alınıb. Şimali Konqoda otuz, Uqandada isə iki hal təsdiqlənib. Yoluxanlar arasında müalicə üçün Almaniyaya köçürülən ABŞ vətəndaşı da var.
V. Quliyev