Advert
Advert

Uşaq Xəstəxanasına 6 nəfər  hospitalizasiya olunub

Tarix:
Uşaq Xəstəxanasına 6 nəfər  hospitalizasiya olunub
Reklam

Bu gün 15:00 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına 6 nəfər (4 kişi, 2 qadın cinsli) hospitalizasiya olunub.

Reyting.az TƏBİB-ə istinadla bildirir ki, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən şəxslərdən 5 nəfər Yoluxucu xəstəliklər şöbəsinə, 1 nəfər isə Reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda onların müalicələri davam etdirilir, 5 nəfərin vəziyyəti stabil, 1 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Reklam