"Ulduz" jurnalının şöbə redaktoru, yazıçı-publisist Hicran Hüseynova ağır xəstəlikdən sonra vəfat edib.
Reyting.az xəbər verir ki, bu barədə jurnalın feysbuk hesabında məlumat paylaşılıb.
"Ulduzlar sönür, ya yox - bilmirəm. Sən bizim sönməyən "Ulduz"umuzsan! İşığını innən belə də əsirgəmə...", - baş redaktor Qulu Ağsəs mərhum iş yoldaşı haqqında bunları yazıb.
Qeyd edək ki, Hicran Hüseynova uzun müddət idi ki, xərçəng xəstəlyindən müalicə alırdı.
Allah rəhmət eləsin!