Almaniya kansleri Fridrix Merz Ukraynaya Avropa İttifaqının "assosiativ üzvü" xüsusi statusunun verilməsini təklif edib. Bu, ölkə nümayəndələrinə səsvermə hüququ olmadan blokun idarəetmə qurumlarında iştirak etməyə imkan verə bilər.
Reyting.az xəbər verir ki, bu barədə DPA xəbər agentliyi kanslerin Avropa İttifaqı (Aİ) rəhbərliyinə ünvanladığı məktuba istinadla yazıb.
Qeyd olunur ki, Merz belə bir addımın atılmasının zəruriliyini ölkənin şərqindəki döyüşlərin yaratdığı xüsusi vəziyyəti, eləcə də Kiyevin inteqrasiya danışıqlarında "əhəmiyyətli irəliləyişi" qeyd etməklə əsaslandırıb.
Kanslerin sözlərinə görə, xüsusi status ölkə sakinlərinə "güclü siyasi siqnal" göndərəcək və guya ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqlarını asanlaşdıracaq, o cümlədən Aİ üzv dövlətlərinin qarşılıqlı müdafiə öhdəliyini Ukraynaya tətbiq etməklə.
Merzin planına görə, əgər Ukraynaya belə bir status verilsəydi, nümayəndələr səsvermə hüququ olmadan bütün əsas AB orqanlarında - Avropa Komissiyasında, Avropa Şurasında, AB Şurasında, Avropa Parlamentində və AB Ədalət Məhkəməsində - iştirak edə biləcəklər.
Kanslerin fikrincə, bu cür status Ukraynanın AB-yə tam üzvlük prosesinin irəliləməsinə kömək edəcək. Bundan əlavə, AB-yə üzvlük prosesindən fərqli olaraq, ölkəyə "assosiativ üzv" statusunun verilməsi üzv dövlətlərin parlamentlərinin təsdiqini tələb etmir.
Y. Qacar