Advert
Advert

Ukraynanın dörd vilayətinə hücum olub

Tarix:
Ukraynanın dörd vilayətinə hücum olub
Reklam

Bu gecə (6 may) Ukrayna atəşkəs təklif etdikdən sonra rus ordusu Ukraynanın bir neçə bölgəsinə hücumlar edib. Xüsusilə, Xarkov, Zaporojye və Krivoy Roq Rusiyanın hücumuna məruz qalıb.

Reyting.az xəbər verir ki, Xarkov meri İqor Terexov “Şahed” dronlarının hücumlarına məruz qaldıqlarını bildirib.

Onun sözlərinə görə, dron Novobavarski rayonundakı bir fərdi evə dəyib və yanğına səbəb olub. Ümumilikdə yeddi fərdi evə ziyan dəyib və bir nəfər yaralanıb. 

Rusların Şevçenkivski rayonuna da zərbə endirdikləri bildirilir. 

Bundan əlavə, Xüsusi Əməliyyat Qüvvələrinin rəisi İvan Fedorovun sözlərinə görə, ruslar Zaporojye bölgəsindəki sənaye infrastrukturu obyektini də vurublar.

Dnepropetrovsk bölgəsi də hücuma məruz qalıb. Krivoy Roq hərbi administrasiyasının rəisi Aleksandr Vilkulun sözlərinə görə, düşmən 6 may səhəri şəhərə “Şahed” dronları ilə hücum edərək infrastruktura ziyan vurub.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, mayın 6-sı gecəsi, 5 may saat 18:00-dan etibarən ruslar Rostov vilayətindən iki “İskəndər-M” ballistik raketi, Kursk vilayətinin hava məkanından bir “X-31” idarə olunan hava-hava raketi, eləcə də müxtəlif istiqamətlərdən 108 “Şahed”, “Gerbera” və “Italmas” hücum PUA-sı və “Parodiya” dron simulyatoru ilə Ukraynaya hücum edib.

Hava hücumundan müdafiə qüvvələri 89 düşmən PUA-sını vurub. 

Xatırladaq ki, Ukrayna 6 may tarixindən etibarən atəşkəs elan edib. Ukrayna Prezidenti V. Zelenski qeyd edib ki, Ukrayna tərəfi atəşkəs müddətində atəşkəsi təkrarlayacaq. Bundan əvvəl isə Rusiya Sovet xalqının Böyük Vətən Müharibəsində qələbəsinin qeyd olunması şərəfinə 8-9 may tarixlərində atəşkəs elan edib və bunu pozacağı təqdirdə Ukraynanı zərbələrlə hədələyib.
  
V. Quliyev

Reklam