Advert
Advert

Ukraynanın 60 yaşayış məntəqəsindən əhali təxliyə edilir

Tarix:
Ukraynanın 60 yaşayış məntəqəsindən əhali təxliyə edilir
Reklam

Ukraynanın şərqində yerləşən Xarkov vilayətinin 60 yaşayış məntəqəsində məcburi təxliyə elan olunub.

Reyting.az xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov “Telegram” kanalında məlumat paylaşıb.

Onun sözlərinə görə, Kupyansk, Boqoduxiv və Xarkov rayonlarında mülki əhali üçün təxliyə zonası genişləndirilib.

Sinequbov bildirib ki, Derqaçevski və Şevçenkivski rayonlarının yaşayış məntəqələrində də məcburi təxliyə qərarı qəbul olunub. O qeyd edib ki, təkcə Şevçenkivski rayonunda 41 yaşayış məntəqəsi bu qərarın əhatəsinə düşür.

Beləliklə, ümumilikdə Xarkov vilayətinin 60 yaşayış məntəqəsindən əhalinin məcburi köçürülməsi həyata keçirilir.

Xatırladaq ki, bundan əvvəl vilayətin 23 yaşayış məntəqəsində də məcburi təxliyə elan edilmişdi.

Ukraynanın yerli hakimiyyət orqanları cəbhə xəttinin yaxınlaşması ilə əlaqədar mütəmadi olaraq təxliyə tədbirləri həyata keçirirlər. İcmalar və Ərazilərin İnkişafı Nazirliyinin məlumatına görə, son doqquz ay ərzində cəbhə bölgələrindən 178 mindən çox sakin təxliyə olunub.

Bundan başqa, martın 2-də Ukrayna Prezidenti V. Zelenski valideynlərin razılığı olmadan uşaqların aktiv döyüş əməliyyatlarının aparıldığı ərazilərdən məcburi şəkildə təxliyəsinə icazə verən qanunu imzalayıb.

Y. Qacar

Reklam