Advert
Advert

Ukraynada “sükut rejimi” elan olunub

Tarix:
Ukraynada “sükut rejimi” elan olunub
Reklam

Ukrayna Prezidenti Vladimir Zelenski “sükut rejimi” elan edib. “Sükut rejimi” mayın 6-da Kiyev vaxtı ilə saat 00:00-da qüvvəyə minib.

Reyting.az xəbər verir ki, bu barədə V. Zelenski şəxsi portalında məlumat paylaşıb. 

Prezidentin bu qərarı Rusiyanın Qələbə Günü münasibətilə mayın 8-9-da atəşkəs qərarına cavabdır.

Bu, Rusiyanın Qələbə Günü münasibətilə 8-9 may tarixlərində elan etdiyi atəşkəsdən əvvələ düşür. 

Qeyd edək ki, Rusiya Sovet xalqının İkinci Dünya müharibəsində qələbəsini qeyd etmək üçün mayın 8-i və 9-u üçün Ukrayna ilə atəşkəs elan edib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, bu qərarı mayın 4-də Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putin qəbul edib. “Ümid edirik ki, Ukrayna tərəfi bizdən nümunə götürəcək”, - Müdafiə Nazirliyinin məlumatında deyilir.

Y. Qacar
 

Reklam