Ukrayna Silahlı Qüvvələri Sızrana zərbələr endirməsi nəticəsində şəhərdə ondan çox partlayış baş verib.
Reyting.az bildirir ki, bu barədə Rusiyanın Sızran şəhər sakinlərinə istinadla “Shot Telegram” kanalı məlumat yayıb.
Güclü partlayışlar yerli vaxtla səhər saat 3:00 radələrində başlayıb. Şahidlər, həmçinin pilotsuz təyyarələrin səsini, yüksək atəş səslərini eşitdiklərini və səmada parlaq parıltılar gördüklərini bildiriblər.
“Şotun” məlumatına görə, hazırda şəhərdə hava hücumundan müdafiə sistemləri aktivdir və siren səsləri eşidilir. Hələlik itkilər və dağıntılar barədə rəsmi məlumat yoxdur.
V. Quliyev