Advert
Advert

Ucarda çaqqal insanlara hücum edib, xəsarət alanlar var

Tarix:
Ucarda çaqqal insanlara hücum edib, xəsarət alanlar var
Reklam

Ucar rayonunda sakinlər çaqqal hücumuna məruz qalıb.

Reyting.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində qeydə alınıb.

Kənd sakini, 72 yaşlı Güləndam Məmmədova öz həyətində çaqqal hücumuna məruz qalıb. Yırtıcı heyvanın yaraladığı G. Məmmədovanın köməyinə gələn qonşuları - 67 yaşlı Musa Həsənov və onun həyat yoldaşı, 65 yaşlı Fatma Həsənova da xəsarət alıblar.

Ucar Rayon Mərkəzi Xəstəxanasından bildiriblər ki, üç nəfər (bir kişi, iki qadın) caqqal dişləməsi diaqnozu ilə xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə daxil olublar.

Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

***

Fatma Həsənova həyətyanı sahədə işləyərkən qonşusu Güləndam Məmmədovaya çaqqalın hücum etdiyini görərək onun köməyinə qaçdığını, yaşlı qadını birtəhər xilas etdiyini deyib.

G. Məmmədova isə qonşusu köməyə gəlməsəydi, çaqqalın onu parçalayacağını bildirib.

Daha sonra evinə qayıdan F. Həsənova bu dəfə öz həyətində çaqqalın hücumuna məruz qalıb. Həyat yoldaşı Musa Həsənov onun səsini eşidərək həyətə çıxıb. Bu zaman çaqqal onun bir barmağını qoparsa da, ər-arvad çətinliklə yırtıcını öldürə biliblər.

Reklam