Gəncə şəhərində üç nəfər dəm qazından zəhərlənib.
Reyting.az xəbər verir ki, hadisə Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.
İlkin məlumata görə, zəhərlənən şəxslərdən biri - Alik İsmayılıov (1958) hadisə yerində dünyasını dəyişib. Digər iki nəfər isə xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma başlanılıb