Advert
Advert

Üç komanda cəzalandırılıb

Tarix:
Üç komanda cəzalandırılıb
Reklam

AFFA İntizam Komitəsi üç komandanə cəzalandırıb.

Reyting.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

U-14 Liqasında baş tutan "Yasamal Bakı" – "Mübariz" FA qarşılaşmasında meydan sahiblərinin heyətində protokolda adı olmayan futbolçuların iştirakı aşkarlanıb. Bu səbəbdən paytaxt təmsilçisinin nəticəsi ləğv olunub və komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni liqada keçirilməli olan "European Football Academy" – "Young Pro" oyunu qonaqların meydana çıxmaqdan imtina etməsi səbəbindən baş tutmayıb. Nəticədə "Young Pro" kollektivi texniki məğlubiyyət alıb.

"Liman" UFK – "Araz Bakı" matçında Liman təmsilçisinin heyətində cəzalı futbolçu Elşad Qafarlının meydana çıxdığı müəyyənləşib. Bu səbəbdən komanda 0:3 hesablı texniki məğlubiyətlə üzləşib.

Reklam