Advert
Advert

Türkiyə və Azərbaycan yeni müqavilələr imzalayacaq

Tarix:
Türkiyə və Azərbaycan yeni müqavilələr imzalayacaq
Reklam

Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum mayın 18-də Bakıya səfər edəcək.

Reyting.az xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Report"a açıqlamasında Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Ömər Bulut deyib.

O qeyd edib ki, M. Kurum Bakıda həmkarı ilə görüşəcək.

Onun sözlərinə görə, səfər çərçivəsində bəzi müqavilələrin imzalanması gözlənilir.
 

Reklam