İran türk şirkəti tərəfindən idarə olunan daha bir gəminin Hörmüz boğazından keçməsinə icazə verib.
Reyting.az-ın məlumatına görə, Türkiyənin nəqliyyat naziri Əbdülkadir Uraloğlu, Türkiyə ilə əlaqəli daha səkkiz ticarət gəmisinin Fars körfəzində qaldığını açıqlayıb.
O, məktubunda yazıb: "Xarici İşlər Nazirliyi ilə birgə səylərimiz nəticəsində, İraqda yüklənmiş neftlə Malayziyaya gedən Türkiyə gəmisi “Ocean Thunder” dünən gecə Hörmüz boğazından təhlükəsiz şəkildə keçib və Fars körfəzindən çıxışını tamamlayıb".
Uraloğlu qeyd edib ki, bölgədə münaqişə başlayandan bəri Fars körfəzində gözləyən türk şirkətlərinə məxsus 12 gəmidən üçü Hörmüz boğazından təhlükəsiz şəkildə keçə bilib.
Nazir əlavə edib ki, keçid tələb edən türk gəmilərinin sayı səkkizə endirilib:
“Gəmilərimizin və bölgəni tərk etmək istəyən 156 heyət üzvünün təhlükəsiz şəkildə yola düşməsini təmin etmək üçün bütün səylərimizi göstərməyə davam edirik".
V. Quliyev