Advert
Advert

Türkiyə NATO-nun zirvə toplantısına ev sahibliyi edəcək

Tarix:
Türkiyə NATO-nun zirvə toplantısına ev sahibliyi edəcək
Reklam

Ankara 7-8 iyul tarixlərində NATO-nun zirvə toplantısının ev sahibi olacaq.

Reyting.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin müdiri Burhanəddin Duran bildirib.

Onun sözlərinə görə, 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO zirvə toplantısı sadəcə diplomatik görüş deyil, qlobal təhlükəsizlik arxitekturasının gələcəyini müəyyən edəcək mühüm bir mərhələdir.

B. Duran əlavə edib ki, Prezident Ərdoğanın rəhbərliyi altında Türkiyə məsuliyyəti öz üzərinə götürən, həll yolları təklif edən və Alyansın ruhunu təcəssüm etdirən bir aktor kimi qlobal nizamda həlledici rol oynamağa davam edir: “Ölkəmiz geostrateji mövqeyi, güclü ittifaq şüuru və böhranların idarə olunmasında effektiv rolu sayəsində transatlantik təhlükəsizliyin mərkəzində qalır. Türkiyə NATO liderlərini qəbul etməklə sülhün, sabitliyin və ortaq təhlükəsizliyin gücləndirilməsinə sadiqliyini bir daha nümayiş etdirəcək”.

Y. Qacar
 

Reklam