Advert
Advert

Türkiyə Livana humanitar yardım göndərib

Tarix:
Türkiyə Livana humanitar yardım göndərib
Reklam

Türkiyə Livana humanitar yardım göndərib. Livan və Türkiyə rəsmiləri Türkiyənin Livana humanitar yardımının İsrailin hücumları nəticəsində artan yerdəyişmə fonunda davam edəcəyini bildiriblər.

Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu bəyanatlar Livan və Türkiyə rəsmilərinin iştirakı ilə Beyrut limanında 360 ton humanitar yardımın təhvil-təslim mərasimində səslənib. 

Mərasimdə Yardım üzrə Ali Komissiyanın baş katibi Bassam Nabulsi və Türkiyənin Livandakı səfiri Murat Lütem də iştirak ediblər.

Onu da qeyd edək ki, İsrailin hücumları səbəbindən Livanda 1 milyondan çox insan evini tərk etmək məcburiyyətində qalıb. Atəşkəs qüvvəyə mindikdən sonra isə fələstinli qaçqınların bəziləri evlərinə qayıtmağa başlayıblar. 

V. Quliyev
 

Reklam