Advert
Advert

Türkiyədə temperatur tarixi rekorda çata bilər

Tarix:
Türkiyədə temperatur tarixi rekorda çata bilər
Reklam

2026-cı ilin yayında Türkiyədə hava temperaturu iqlim normasını əhəmiyyətli dərəcədə üstələyə və rekord səviyyəyə yaxınlaşa bilər.

Reyting.az-ın məlumatına görə, meteoroloq İhsan Yurttaş deyib ki, ölkə daxilində temperaturun yüksək olacağı gözlənilir və bəzi bölgələrdə tarixi maksimumlara çata və ya hətta onları keçə bilər.

Meteoroloqun sözlərinə görə, ən isti ərazilər Aralıq dənizi sahilləri boyunca, o cümlədən Antalya, Alanya, Belek və Side kimi məşhur kurortlarda olacaq. İyul və avqust aylarında orada gündüz temperaturu müntəzəm olaraq 40°C-dən çox ola bilər. Yüksək rütubət həddindən artıq istiliyi daha da şiddətləndirəcək. 

Egey sahillərində, Bodrum, Marmaris və Kuşadası ərazilərində də oxşar iqlim proqnozlaşdırılır.

V. Quliyev

Reklam