Advert
Advert

Türkiyədə daha 14 tanınmış şəxs tutulub

Tarix:
 Türkiyədə daha 14 tanınmış şəxs tutulub
Reklam

Türkiyədə daha 14 məşhur şəxs “narkotik işi” üzrə istintaqa cəlb olunub.

Reyting.az xəbər verir ki, bu barə Türkiyə KİV-ləri məlumat yayıb.

Onların barəsində "narkotik və ya psixotrop maddələri satın almaq, qəbul etmək, saxlamaq, istifadə etmək və təmin etmək" maddələri ilə saxlanılma qərarı verilib.

Saxlanılan şəxslər Hafsanur Sancaktutan, Emir Can İğrek, Somer Sivrioğlu, Serra Pirinç, Ogün Alibaş, Utku Ünsal, Sinem Özenç Ünsal, Elif Büşra Pekin, Ahsen Eroğlu, Burak Deniz, Mert Demir, Emre Öztürk, Ender Eroğlu və Enes Gülerdir.

Adları çəkilən 14 şübhəlidən 11-i saxlanılıb, 2 şübhəlinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Bir nəfərin isə xaricdə olduğu müəyyənləşib.

Xatırladaq ki, Türkiyədə iki gün əvvəl də eyni istintaq çərçivəsində 8 tanınmış şəxs barəsində saxlanılma qərarı verilmişdi.

V. Quliyev
 

Reklam