Advert
Advert

“Türk axını” kəməri ilə bağlı qalmaqal yaranıb

Tarix:
“Türk axını” kəməri ilə bağlı qalmaqal yaranıb
Reklam

Serbiya parlamentinin üzvləri bu gün prezident Aleksandr Vuçiçlə görüşmək və “Türk axını” qaz kəmərində təxribat cəhdi ilə bağlı parlamentin fövqəladə iclasını tələb etmək niyyətindədirlər.
 
Reyting.az xarici mediaya istinadla xatırladır ki, prezident Vuçiç bir gün əvvəl qaz kəməri yaxınlığında partlayıcı maddələrin və detonatorların tapılması barədə məlumat vermişdi.

Serbiya əks-kəşfiyyatı bildirib ki, diversiyada şübhəli bilinən şəxs hərbi təhsil almış miqrantdır. Təxribatın Ukrayna xüsusi xidmət orqanları tərəfindən təşkil olunduğuna əminlik ifadə olunub.

V. Quliyev
 

Reklam