ABŞ Prezidenti Donald Tramp şənbə günü ABŞ paytaxtındakı bir oteldə keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulundan təhlükəsizlik insidenti səbəbindən təxliyə edilib.
Reyting.az xəbər verir ki, canlı yayım görüntülərinə görə, zalda güclü partlayışlar baş verib, ardınca xaos yaşanıb.
Məxfi Xidmət agentləri prezidenti, birinci xanım Melaniya Trampı, vitse-prezident Ceyms Devid Vensi və Ağ Evin mətbuat katibi Kerolayn Livitti səhnədən müşayiət ediblər.
Qəbulda baş verən atışmanı törətməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub.
Məlumata görə, bu şəxs Kaliforniyanın Torrens şəhərindən olan 31 yaşlı Kol Tomas Allendir və hazırda saxlanılıb.
"Axios" şübhəlinin ov tüfəngi ilə silahlandığını və təhlükəsizlik baryerindən keçmək istədiyini yazıb.
ABŞ Prezidenti Donald Tramp isə sosial şəbəkə hesabında həmin şəxsin fotosunu yayıb.
Bildirilir ki, saxlanılan şəxs bazar ertəsi hakim qarşısına çıxarılacaq.
